Premyer-liqa
Müşaviri tribunada saxladılar
Ölkə kubokunun son qalibi “Neftçi” Topaz Prem…
Ölkə kubokunun son qalibi “Neftçi” Topaz Premyer Liqasının 10-cu turunu qələbə ilə başa vurdu. Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar” “Bakı”nın təlim-məşq bazasında eyniadlı komandanı 3:1 hesabı ilə məğlub edərək, aktivinə 3 xalı yazdırmağı bacardı.
Qarşılaşma öncəsində diqqəti çəkən məqamlardan biri isə “Neftçi”də prezident müşaviri vəzifəsində çalışan Elnur Əşrəfoğlu ilə bağlı idi. Belə ki, keçmiş televiziya işçisi matçı tribunadan izlədi. Buna Əşrəfoğlu üçün VİP-lojada yer qalmaması səbəb olmuşdu. Əvəzində isə qonaqlar üçün nəzərdə tutulmuş komfort yerdə “ağ-qaralar”ın vitse-prezidenti Elnur Məmmədov, Təhlükəsizlik Xitmətinin Rəhbəri Vaqif Musayev, eləcə də digərləri əyləşmişdi.
Görünür, Elnur bəy yeni vəzifəsində hələ özünü tam sübut edə bilməyib. Buna görə də onun yerini başqası zəbt etmişdi.
İş burasındadı ki, klub prezidenti Sadıq Sadıqovun oğluna da VİP-lojada əyləşməyi təklif etdilər. Amma Sadıqovun oğlu təvəzökarlıq edərək “biz qara millətik, orada nə işimiz var” deyib, bundan imtina etdi. Amma müşavirə belə təklif də olmadı.