Premyer-liqa
“Neftçi”də hava necədi?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiy…
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, 30 oktyabr tarixində Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı ehtimal olunur. Bəs görəsən, “Neftçi”də hava necədi?
“Neftçi”də də hidrometeoloq var. O, hava proqnozu ilə bağlı yəqin ki, klub prezidenti Sadıq Sadıqova hər gün yenilənən məlumat verir.
İnanmırsınızsa, klubun rəsmi saytına daxil olub, “struktur” bölməsində “rəhbərlik” bölümünü seçib, baxa bilərsiniz. Görəcəksiniz ki, bu klubda həqiqətən də hidrometeoroloq fəaliyyət göstərir. Belə ki, hazırda Marketinq şöbəsinin rəisi olan Zaur Mütəllimov 2000-ci ildə Bakı Dövlət Universitetinin Hidrometeorologiya fakültəsini bitirib. Hazırkı durumda paytaxt klubunda marketinq şöbəsinin fəaliyyətinin nəzərə çarpacaq qədər olmamasının səbəbi də yəqin ki, bundadı.