Dünya futbolu
Raul “Nyu York Kosmos”la anlaşdı
"Real" və İspaniya millisinin sabiq forvardı Raul Qonsale…
"Real" və İspaniya millisinin sabiq forvardı Raul Qonsales karyerasını ABŞ-da davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, "Nyu York Kosmos" klubu ispan futbolçu ilə uzun müddətli müqavilə imzalayıb.
Keçid bir-iki gün ərzində rəsmən elan olunacaq. Raul həmçinin klub akademiyasında məsləhətçi kimi çalışacaq. O, sözügedən vəzifəni karyerasının sonuna kimi icra edəcək.
Xatırladaq ki, 37 yaşlı Raul Madrid klubundan başqa "Şalke" və "Əl-Sədd" klublarının da şərəfini qoruyub.