Bizi izləyin

Premyer-liqa

Topaz Premyer Liqasında 11-ci tur həyəcanı

Bu gün Topaz Premyer Liqasında 11-ci turunun oyunları ke&ccedil…

blank
Bu gün Topaz Premyer Liqasında 11-ci turunun oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, ötən turda olduğu kimi yenə bütün matçlar eyni gündə baş tutacaq.
 
Tura “Qəbələ” – “Bakı” matçı ilə start veriləcək. Bu komandalar arasındakı əvvəlki 25 qarşılaşmada “Bakı” üstün olsa da, son matçlar əyalət klubunun üstünlüyü ilə keçib. Paytaxt təmsilçisinin 12 qələbəsi olduğu halda, bölgə klubu 8 dəfə 3 xalı bayram edib. 5 dəfə heç-heçə edən tərəflərin duellərində “Qəbələ” son 7 matçda meydanı qolsuz tərk etməyib və məğlub olmayıb. Top fərqində də "zolaqlılar" öndədilər – 28:24. İlk dövrədə Bakıda keçirilən qarşılaşmada "Qəbələ" 2 cavabsız qolla qələbə qazanmışdı. Elə bu oyunda da qəbələlilər aşkar favoritdilər. Doğma meydan amili, rəqibin heyətinin qat-qat zəif olması Dorinel Muntyanunun komandasının son turlardakı qələbə seriyasını davam etdirməsinə şərait yarada bilər. Amma bu mövsüm bir neçə sürprizə imza atan İbrahim Uzuncanın yetirmələri də səfərə məğlub olmaq üçün getməyib.
 
Növbəti oyun “Sumqayıt”la “İnter” arasında baş tutacaq. Bu oyunu mövsümə çox yaxşı başlayıb, son turlarda uğursuzluq zolağına düşən komandaların qarşılaşması kimi də xarakterizə etmək olar. Məsələ burasındadı ki, mövsümün heç-heçə etməyən yeganə komandası olan "Sumqayıt" qələbə seriyasının ardından indi də məğlubiyyətləri sıralamaqdadı. "İnter" isə ardıcıl dörd oyundu heç-heçə ilə kifayətlənir. Bu üzdən də tərəflər uğursuz gedişata son qoymaq üçün mübarizə aparmalıdılar. 10-cu – yubiley matçı ərəfəsində “İnter” böyük üstünlüyə malikdi. "Bankirlər" geridə qalan görüşlərin 8-də qələbə qazanan tərəf olub. "Sumqayıt" isə bu rəqibinə heç vaxt qalib gələ bilməyib və sadəcə, bir heç-heçə ilə təsəlli tapa bilər. İndiyədək rəqibinə uduzmayan bakılılar eyni zamanda əvvəlki oyunlarda cəmi 1 qol buraxıb. Əvəzində "İnter" rəqibinə 17 qol vurub. “Sumqayıt”ın 9 oyundakı yeganə qolu da bu mövsüm keçirilmiş və 1:5 hesabıyla məğlub olduğu oyunda vurduğu qoldu.
 
Qeyri-sabit çıxışını davam etdirən “Xəzər Lənkəran” bu dəfə “Simurq”la üz-üzə gələcək. Eyni xala malik, turnir cədvəlində qonşu olan komandaların duelini turun mərkəzi görüşü də saymaq olar. Əyalət klubları 20-ci dəfə üz-üzə gələcək. Əvvəlki oyunlarda böyük üstünlüyə malik “Xəzər Lənkəran” 10-cu qələbənin astanasındadı. Zaqatala klubu cəmi 3 dəfə qələbə qazandığı halda, 7 qarşılaşmada da tərəflər sülhə razılaşıblar. Son 3 matçda cənublular qələbə qazana bilməyib. Zaqatalalılar son 4 matçda meydanı qolsuz tərk etməyib. Top fərqi cənubluların xeyrinədi – 28:21. İlk dövrədəki oyunda "Simurq" "Xəzər Lənkəran"a 2 cavabsız qolla qalib gəlmişdi. Bu üzdən də "ağ-yaşıllar" doğma meydanda həm də həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
 
“Neftçi” paytaxt deribisində AZAL-la qarşılaşacaq. 1-ci dövrədə baş tutmalı olan 23-cü paytaxt derbisi təxirə salındığından rəqiblər mövsümdə ilk dəfə görüşəcək. Bu matç ərəfəsində “Neftçi” qarşılaşmaların yarısında qələbə qazanıb – 11. 4 dəfə AZAL qələbəyə sevindiyi halda, yerdə qalan 7 görüşdə heç-heçə qeydə alınıb. Top fərqində "Neftçi"nin böyük üstünlüyü diqqət çəkir – 36:18. Son turlarda qələbələri sıralayan Arif Əsədovun komandası bu seriyanı davam etdirməyə çalışacaq. Tərlan Əhmədovun "təyyarəçilər"i isə sürpriz etməyə can atacaq.
 
Nəhayət, turun qapanış matçında son çempion, hazırkı lider “Qarabağ” çempionatın aşkar autsayderi “Araz Naxçıvan”ı qəbul edəcək. 1-ci dövrədəki oyunu təxirə salınan rəqiblər 13 ildən sonra yenidən görüşəcək. 5-ci dəfə qarşılaşacaq əyalət təmsilçilərinin əvvəlki görüşlərində ev sahibləri xal itirməyib. Heç-heçəsi olmayan tərəflərin hərəyə iki qələbəsi var. Top fərqində isə ağdamlıların cüzi üstünlüyü var – 7:5. Qurban Qurbanovun komandası autsayderlə görüşdə qələbə qazanmaqla Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki Ukrayna "Dnepr"i ilə ev oyunu öncəsi əhval-ruhiyyəni daha da yaxşılaşdırmağa çalışacaq. Bu, həm də çempionun zirvədəki mövqeyini qorumağa kömək edəcək.
 
Topaz Premyer Lİqası
11-ci tur

2 noyabr (bazar)
 
15:30. Qəbələ – Bakı
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Qəbələ şəhər stadionu.
 
16:00. Sumqayıt – İnter
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Sumqayıt. “Kapital Bank Arena” stadionu.
 
17:00. Xəzər Lənkəran – Simurq
Hakimlər: Ömər Paşayev, İsgəndər Əliyev, Elşən Acalov, Feyzulla Feyzullayev.
Əlavə köməkçi hakimlər:  Ramil Əhmədov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Əli Hüseynov.
"Xəzər Lənkəran" mərkəzi stadionu.
 
17:15. Neftçi – AZAL
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. “Bakcell Arena”.
 
19:30. Qarabağ – Araz Naxçıvan
Hakimlər: Vüsal Əliyev, Azər Əsgərov, Vüsal Qənbərov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
Bombardirlər:
6
– Rəşad Eyyubov (Simurq).
5 – Nurlan Novruzov (Bakı), Mikel Alvaro (İnter), Məhəmməd Qurbanov (Sumqayıt).
4 – Cavid Hüseynov (Qəbələ).
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-07 01:31

“Mançester Yunayted” darmadağına üzüldü

blank
Dünya futbolu2024-05-07 01:12

“Lill” doğma meydanda 4 qola üzüldü

blank
Dünya futbolu2024-05-07 00:56

“Atalanta”dan qələbə, “Napoli”dən xal itkisi

blank
Digər idman növləri2024-05-06 23:38

Azərbaycan karateçiləri AÇ-də mübarizə aparacaqlar

blank
Dünya futbolu2024-05-06 23:19

“Fənərbaxça” yenə xal itirdi

blank
Ölkə futbolu2024-05-06 22:50

AFFA-dan tələbələr üçün master-klass

blank
Premyer-liqa2024-05-06 22:31

“Komandanın yeni olması bu problemləri artırdı” – Diniyev

blank
Premyer-liqa2024-05-06 22:15

“Bu, inkişaf üçün çox vacibdir” – Sxadadze

blank
Premyer-liqa2024-05-06 21:58

“Səbail” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Digər idman növləri2024-05-06 21:31

AÇ-də iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli oldu

blank
Premyer-liqa2024-05-06 20:54

“Səbail” “Qəbələ”yə məğlub oldu

blank
I Liqa2024-05-06 20:17

Liderdən növbəti qələbə

blank
Əvəzedicilər2024-05-06 19:29

“Sabah”ın əvəzedicilərindən 8 qolluq darmadağın

blank
Digər idman növləri2024-05-06 19:00

Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb

blank
Digər idman növləri2024-05-06 18:38

Romadakı turnirin püşkü atıldı

blank
Digər idman növləri2024-05-06 18:19

Nazir Avropa çempionunu qəbul etdi

blank
Digər idman növləri2024-05-06 18:00

Bakı dünyanın “İdman Paytaxtı” seçilib

blank
Digər idman növləri2024-05-06 17:45

AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü

blank
Dünya futbolu2024-05-06 17:31

Ferran icarəyə gedəcək

blank
Digər idman növləri2024-05-06 17:17

Azərbaycan üzgüçülərindən Rusiyada 9 medal

blank
Digər idman növləri2024-05-06 17:02

“Kür” və “Bakı”dan növbəti qələbə

blank
Digər idman növləri2024-05-06 16:48

Ulduz cütlük ayrıldı

blank
Digər idman növləri2024-05-06 16:31

Yarımfinal oyunlarının tarixləri dəqiqləşdi

blank
Digər idman növləri2024-05-06 16:16

Azərbaycanı AÇ-də 22 samboçu təmsil edəcək

blank
Ölkə futbolu2024-05-06 16:01

Ayaz baxımlı qolundan danışdı: “Lakin əsas olan qələbədir”

blank
Dünya futbolu2024-05-06 15:47

“Tottenhem” Riçarlisondan narazıdır

blank
Milli komanda2024-05-06 15:32

Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi

blank
Digər idman növləri2024-05-06 15:15

Bakıda keçirilən Dünya Kubokunda növbəti mükafatçılar bəlli oldu

blank
Milli komanda2024-05-06 15:01

Azərbaycan yığmasının seçmə mərhələdəki oyunlarının vaxtı bəlli oldu

blank
Ölkə futbolu2024-05-06 14:46

“Taktiki planda dəyişikliklər etmişik, sürprizlərimiz olacaq”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm