Milli komanda
Stepan Polyak: “Robert Prosineçki müdafiə futbolunu sevmir"
“Simurq”un xorvatiyalı futbolçusu Stepan Polyak h?…
“Simurq”un xorvatiyalı futbolçusu Stepan Polyak həmyerlisi Robert Prosineçkinin Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı iddialara münasibət bildirib. Futbolinfo.az saytına danışan yarımmüdafiəçi Prosineçkinin yığmamıza çox kömək edə biləcəyini deyib:
“Hər şeydən əvvəl onu deyə bilərəm ki, o, böyük oyunçu idi. Məncə, bizim oyunçuların ən yaxşısı idi. Xorvatiyada ona həm böyük insan, həm də böyük futbolçu kimi hörmət bəsləyirlər. O, Azərbaycana gəlsə, oyunçular onun necə biri olduğunu görəcəklər. O, Xorvatiya millisində baş məşqçi köməkçisi işləyən vaxt yığma ən yaxşı oyununu oynayırdı. Məşqçilikdən əlavə, onun xarizmatik olması da milliyə çox kömək edə bilər. Prosineçki “Srvena Zvezda” və “Kayserispor”da da uğurlu karyera yaşadı”.
Polyak 45 yaşlı mütəxəssisin millimizin sabiq baş məşqçisi Berti Foqtsdan fərqli olaraq, müdafiə futbolu oynatmadığını bildirib: “O, böyük mütəxəssisdi və topla yaxşı rəftar edən futbolçuları xoşlayır. Əminliklə deyə bilərəm ki, o, müdafiə futbolunu sevmir”.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?