Dünya futbolu
Quluzadəli "Atletiko" rəqibinə divan tutdu
Portuqaliya çempionatının 2-ci Liqasında (Segunda Liga) 13-c…
Portuqaliya çempionatının 2-ci Liqasında (Segunda Liga) 13-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası "Atletiko" doğma arenada "Sportinq B" ilə üz-üzə gəlib.
Oyun evsahibi komandanın 5:0 hesablı qələbəsi ilə başa çatıb. Quluzadənin adı bu matçın iştirak ərizəsinə daxil edilsə də, o, ancaq 58-ci dəqiqədə meydana çıxmağa şans tapıb. O, "Bakı"nın sabiq futbolçusu İbrahim Karqbonu əvəzləyib.
Qeyd edək ki, bu matçdan sonra "Atletiko" 15 xalla turnir cədvəlinin 17-ci pilləsinə yüksəlib.

- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?