Digər idman növləri
18 metrdən qələbə atışı
“Klivlend Kavalers” komandasının oyunçusu Maks Strus qeyri-adı atışın müəllifi olub. Forvard “Dallas Maveriks”lə oyunun sonlarında sirena işarəsi ilə birlikdə uzaq məsafədən topu səbətə göndərməklə komandasına qələbə qazandırıb (121:119).
Üçxallıq atışların tətbiq edilməsindən sonra bu, liqa tarixinin ikinci ən uzaq məsafədən qələbə atışıdır. Strusla səbət arasında məsafə sirena səsi zamanı 18 metr olub.
Rekord “Nyu-Orlean Pelikans”ın masketbolçusu Devont Qrmeyə məxsusdur. 2021-ci ildə o, 18,6 metrlik məsafədən qələbə atışını yerinə yetirmişdi.
Əlavə edək ki, Strusun son periodda yığdığı xalların sayı 15 olub. Bütün bu xalları o, üçxallıq atışlarla əldə edib. Statistikaya görə, Strus son 25 il ərzində matçın son dəqiqəsində 5 dəqiq üçxallıq yerinə yetirən ilk oyunçu olub.