Dünya futbolu
"Fənərbaxça"da gərginlik: "Bir də bu formanı geyinmərəm"
Türkiyə Superliqasının dünən keçirilən "Bur…
Türkiyə Superliqasının dünən keçirilən "Bursaspor" – "Fənərbaxça" matçında qalmaqal baş verib. Futbolinfo.az xəbər verir ki, İstanbul klubunun sol cinah müdafiəçəisi Canər Ərkin 35-ci dəqiqəsində əvəzlənməsinə kəskin etirazını bildirib.
Oyun boyu sərtliyi ilə seçilən futbolçu əvəzlənərkən, birbaşa dəhlizin yolunu tutub. O, soyunub-geyinmə otağına yollanarkən, “birdə bu formanı geyinmərəm” deyərək, qışqırıb. Amma oyundan sonra mətbuata açıqlama verən səbəkar hər kəsdən üzr istədiyini bildirib.
Baş məşqçi İsmail Kartal isə oyundan sonra keçirilən mətbuat konfransında hadisəyə belə münasibət bildirib: "Canər bu klubun bir parçasıdı. Gənc oyunçudu və bu cür gərgin oyunlarda özüdə bilmədən belə hərəkət edib. Biz bir ailəyik və bu məsələni öz aramızda edəcəyik".
Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan 26 yaşlı müdafiəçi 2010-cu ildən "Fənərbaxça"da çıxış edir. O, hazırda hər iki komandanın da aparıcı üzvüdü.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”