Dünya futbolu
Ronaldinyo Afrika yolunda
Məşhur braziliyalı futbolçu Ronaldinyo karyerasını Anqolad…
Məşhur braziliyalı futbolçu Ronaldinyo karyerasını Anqolada davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, bu ölkənin "Kabuşkorp" klubu ona ciddi təklif göndərib.
34 yaşlı yarımmüdafiəçi uğrunda gedən mübarizədə "Los Anceles Qelaksi" favorit hesab olunsa da, Afrika klubunun prezidenti Bentu Kanqamba artıq danışıqlara başladıqlarını bildirib:
"Meneceri ilə danışıqlara başlamışıq. Ona 1 illik müqavilə təklif etmək istəyirik. Ronaldinyo ilə birgə Afrika Çempionlar Liqasının qalibi ola bilərik. Həmçinin Klublar arası Dünya çempionatında da uğurlu nəticə göstərə bilərik".
2012-ci ildə Braziliya futbolunun digər canlı əfsanəsi Rivaldo "Kabuşkorp"da çıxış edib.
Qeyd edək ki, Ronaldinyo cari mövsümə Meksikanın "Keretaro" klubunun heyətində başlamışdı. Lakin tərəflər arasındakı saziş 6 matçdan sonra pozulmuşdu.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?