Dünya futbolu
Mançininin kimin vəzifəsində gözü var?
Bu gün 50 yaşını qeyd edən italiyalı mütəxəssis Rober…
Bu gün 50 yaşını qeyd edən italiyalı mütəxəssis Roberto Mançini ad günündə arzularından danışıb. Futbolinfo.az xəbər verir ki, "Qarabağ"ın Avroliqadakı rəqibi "İnter"ə yenicə təyin olunan baş məşqçi gələcəkdə "Arsenal" və İtaliya millisini çalışdırmaq istədiyini bildirib:
"Arsenal"ı çalışdırmaq istəyərdim. Klubun xüsusi cazibəsi var. Ancaq bunun üçün hələ zaman var. 60 yaşımda özümü necə görürəm? İtaliya millisinin baş məşqçisi kimi".
Qeyd edək ki, veteran futbolçu 2001-ci ildən məşqçilik karyerasına başlayıb. Onu da əlavə edək ki, hazırda "Arsenal"ı Arsen Venger, İtaliya millisini isə Antonio Konte çalışdırır.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub