Dünya futbolu
Sabiq futbolçusu "Qalatasaray"ın baş məşqçisi oldu
Uğursuz çıxışlardan sonra Çezare Prandelli ilə yo…
Uğursuz çıxışlardan sonra Çezare Prandelli ilə yollarını ayıran "Qalatasaray"da yeni baş məşqçi axtarışları davam edir. Futbolinfo.az xəbər verir ki, Türkiyə mətbuatında yayılan son məlumata əsasən, “sarı-qırmızılar” artıq qərarını dəqiqləşdirib.
“Cim-Bom” rəhbərliyi hazırda ölkənin yığma komandasında baş məşqçi köməkçisi işləyən Həmzə Həmzəoğlu ilə anlaşıb. Mütəxəssis özü də məsələyə münasibət bildirərkən, “Qalatasaray" rəhbərliyi ilə görüşdük, ancaq rəsmi olaraq ortada heç nə yoxdu" açıqlamasını verib.
Ölkənin tanınmış idman kanalı “Lig TV” Həmzəoğlu xəbərinin axşam saatlarında rəsmən açıqlanacağını bildirib.
Qeyd edək ki, 44 yaşlı çallışdırıcı 2011-14-cü illərdə Superliada “Akhisar”la uğurlu bir dövr keçirdikdən sonra özünü millidə sınamaq qərarına gəlmişdi. O, həmçinin futbolçu karyerası dönəmində "sarı-qırmızılar"ın (1991-1995) formasını geyib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib