Bizi izləyin

Ölkə futbolu

Subaşiç: "Hazırda millinin vəziyyəti heç də ürəkaçan deyil"

Hazırda Türkiyə PTT 1-ci Liqa təmsilçisi "Manisasp…

blank
Hazırda Türkiyə PTT 1-ci Liqa təmsilçisi "Manisaspor"da çıxış edən Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiçin futbolinfo.az saytına müsahibəsi:
 
-Artıq PTT1-ci Liqasında 11 tur arxada qaldı. Bu  oyunlarda qazandığınız nəticələri və komandanızın çıxışını necə dəyərləndirərdiz?
– Oyunlarımız heç də yaxşı alınmadı. İstədiyimiz nəticələri qazana bilmədik. Bunun nəticəsində isə turnir cədvəlinin son sıralarında qərarlaşdıq. Bildiyiniz kimi, son oyunda da "Osmanlıspor" qarşısında böyük hesablı məğlubiyyətlə üzləşdik. 
 
– Cari mövsümün əvvəlində "Manisaspor" Türkiyə Superliqasına çıxmağı qarşısına hədəf qoymuşdu. Bunun üçün də komandaya yeni futbolçular cəlb olundu. Amma hazırda son sıralarda qərarlaşırsız.  Sizcə, bu uğursuzluğun səbəbi nədi?
– Düşünürəm ki,  mövsümün əvvəlində yaxşı hazırlaşa bilmədik. Fikrimcə, komandada düzgün seleksiya işləri aparılmadı. Komandada heç yerdə oynamayan çoxlu gənc futbolçu var. Baş məşqçi dəyişikliyi də oldu. Hazırda yeni nəsə etməyə çalışırıq.  Amma bu çox çətindi. Klub 2-3 çox maliyyətli futbolçu gətirmişdi. Burada elədə yaxşı dincələ bilmirik. Klubla müqavilə imzalandıqdan sonra sonra gördüm ki, burada vəziyyət elə də ürəkaçan deyil. 
 
-Bildiyimizə görə hazırda klubla aranızda maliyyə problemləri var. Bu məsələni həll edə bilmisiniz?
– Hələ yox . Əgər məsələ bu həftə həll olunmasa, bu barədə ciddi fikirləşməli olacam. Hələ ki çalışıram, bu barədə düşünməyim. 
 
-Siz də bir müddət Azərbaycan millisində çıxış etmisiniz. Hazırda AFFA yığmamıza xorvatiyalı mütəxəssis Robert Prosineçkini gətirmək istəyir. Sizcə, Prosineçki Berti Foqtsdan fərqli olaraq komandamızda müsbətə doğru nəyisə dəyişə biləcə? 
– Əgər bu təklifi qəbul edərsə, Prosineçkinin önündə görüləcək çox iş olacaq. Hər kəsin fikri fərqli ola bilər. Ona görə bu barədə nə deyəcəyimi bilmirəm.
 
– Azərbaycanda hamı milliyə yerli baş məşqçi təyin olunmasını istəyir. Siz bu barədə necə düşünürsüz?
– Bəli, Azərbaycanda yaxşı məşqçilər var. Amma onlar da çox təzyiq altında olurlar. Əgər  bir oyunda məğlub olsalar, necə olacaq? Azarkeşlər və jurnalistlər həmin məşqçini istefaya səsləyəcək. Bu səbəbdən də, məsələ bir az qəlizdi. Buna baxmayaraq,,  yenə də sözümün üstündə qalıram ki, Azərbaycanda yaxşı məşqçilər var. Mən də  həmin məşqçilərlə işlədiyimə görə özümü çox şanslı sayıram. 
 
– Çoxları bu posta Qurban Qurbanovun gətirilməsini istəyir. Sizcə , o , yığmada da "Qarabağ"dakı kimi yaxşı komanda formalaşdıra bilər? 
– Qurbanov gənc və enerji ilə dolu olan məşqçidi. Amma yenə deyirəm , azərbaycanlı baş məşqçilərlə bağlı səbirli olmaq lazımdı. Onları tez-tez istefaya çağırmaq lazım deyil. Ola bilər ki,  hamı da çox vaxt bu fikri səsləndirir.  Mən də fikirləşirəm ki, hazırda millinin vəziyyəti heç də ürəkaçan deyil. Yeni gələn məşqçi çox işləməli olacaq . 
 
– Berti Foqtsun rəhbərliyi altında millidə bir müddət oynamısız. Onun komandayla işləmək tərzini bəyənirdinizmi? Sizcə, o, Azərbaycan futboluna nəsə verə bildi? 
– O, milli komandanı başqa səviyyəyə gətirdi. Komandada yaxşı təşkilatlanma, həmçinin yaxşı intizam yaratdı. Bu müsbət hallarla yanaşı, mənfiləridə çox oldu. 
 
– Hazırda Türkiyədə çıxış edirsiniz. Prosineçki də həmin ölkənin "Kayserispor" klubunda baş məşqçi işləyib. Prosineçkini Türkiyə futbol ictimaiyyəti necə xatırlayır? Çünki bəzi türkiyəli mütəxəsislər onun millini çalışdıracaq səviyyədə olmadığını deyir…
– Bu barədə nəsə deyə bilmərəm. Çünki Türkiyə futbol ictimaiyyətinin fikrini dəqiq bilmirəm. Mən onu "Srvena Zvezda"dan tanıyıram. Orada da Prosineçki qısa ötürmələrlə oyuna üstünlük verirdi. Bununla yanaşı, hücum futbolunu da çox  sevirdi. Amma onun milli komanda da nə edə biləcəyini deyə bilmərəm. Bunu yaşayıb görmək lazımdı. 
 
– Sabiq komandan "Qarabağ"ın Avroliqadakı oyunlarını izləyirsənmi? 
– Vaxtım olanda baxıram. Amma nəticələri və oyunun icmalını izləyirəm.
 
– Sizcə, "Qarabağ" oyunu ilə Azərbaycandakı digər klublardan fərqlənir, ya necə?
– Bəli,  yüksək səviyyəli oyun göstərirlər. Onların oyunu digərlərindən fərqlənir. Qarabağ yaxşı təşkil olunmuş komandadı. Ümid edirəm ki, bu uğurlu çıxışın davamını da gətirəcəklər. İstəyirəm ki,  digər yerli klublarımız da  yaxşı çıxış göstərib, nəticələr qazansın. 
 
– Qarabağ qrupdakı son matçını Milan "İnter " inə qarşı keçirəcək. Sizcə Ağdam klubunun növbəti mərhələyə vəsiqə qazanmaq şansı var?
– Həmişə şansları var. Amma unutmayaq ki, qarşıdakı da İtaliya nəhəngi "Inter"di. Buna görə də, çətin oyun olacaq. Lakin Qarabağ növbəti mərhələyə anlamasa, bunu faciə hesab etmək olmaz. 
 
– Hazırda legioner limitinə görə Azərbaycanda yaxşı yerli futbolçuya ehtiyac var. Əgər qışda Azərbaycandan təklif alsanız, yenidən buraya qayıtmaq istəyərdiz?
– Hər zaman. Ötən 10 ilimi Azərbaycanda keçirdim.  Azərbaycan üçün darıxdığını hiss edirəm. Əgər təklif gəlsə dəyərləndirmək olar.
 
ELMAR VƏLİYEV
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm