Bizi izləyin

Premyer-liqa

Muntyanu belə etimada layiq deyil

“Qəbələ”nin uğursuz çıxışı davam edir. Əya…

blank
“Qəbələ”nin uğursuz çıxışı davam edir. Əyalət təmsilçisinin ikinci dövrədə qazandığı yeganə qələbənin çempionatdan kənarlaşdırılan “Araz Naxçıvan”la oyunda əldə edildiyini, onun da ləğv edildiyini nəzərə alsaq, Dorinel Muntyanunun 3 xala həsrət qaldığının şahidi olaraq. Elə uğursuz çıxışın səbəbi də rumın çalışdırıcının özüdü. Yay fasiləsində “Qəbələ”nin “sükanı arxasına” keçən Muntyanu iddialı komandarla oyunda ən yaxşı halda 1 xala sevinir. Kluba xərclənilən pulların qarşılığında əldə edilən bu nəticə nəticəsizlikdən başqa bir şey deyil. Görünür, Muntyanu saqqız çeynəməyi məşqçilikdən daha yaxşı bacarır.
 
Düzdü, rumın çalışdırıcı komandaya yeni gələndə ötən mövsümdə çıxış edən futbolçuların yarıdan çoxu özünə yeni iş yeri tapmışdı. Buna görə heyət yenidən formalaşmalı idi. Məhz bu məsələ Muntyanunun əlində bayraq olub. Hər uğursuz nəticədən sonra bu problemi  qabardaraq məsuliyyətdən qaçmağa çalışır. Bu durumda klub rəhbərliyi rumın çalışdırıcıya qarşı çox nəzakətli davranır. Yoxsa 12 oyundan sonra qazanılan 14 xala, klubun turnir cədvəlində qərarlaşdığı 6-cı pilləyə başqa ad vermək olmazdı. Onu da nəzərə almaq lazımdı ki, lap “Araz Naxçıvan” çempionatdan çəkilməsəydi belə, “Qəbələ” 5-ci pillədən o tərəfə getməyəcəkdi.
 
Zaman ötür, artıq Premyer Liqanın ikinci dövrəsini başa vurmaq üzrəyik. Komandaya yeni transfer olunan futbolçuların adaptasiya dövrə birinci dövrənin sonuna kimi başa çatmalı idi. İkinci dövrə yekunlaşmaq üzrə olsa da, hələ də ortada heç bir nəticə yoxdu. Muntyanunun özü ilə gətirdiyi və transferin gerçəkləşməsində böyük pay sahibi olduğu legionerlər də rumın çalışdırıcıdan geri qalmır. Onun komandaya gətirdiyi legionerlərin səviyyəsinin aşağı olduğu açıq-aşkar hiss olunur. Bunu klub rəhbərliyi də etiraf edir.
 
Bilavasitə Muntyanunun istəyi ilə transfer edilən 6 legioner – Adrian Ropotan, Aleksandru Benqa, Yazalde Pinto, Markus Vidal (Markinyos), Pavol Farkaş və Andrei Kristea sabit oyun sərgiləmir. “Muntyanunun əzizləri” onlara xərclənən pullara görə bu gün “Qəbələ”ni çiyinlərində daşımalı idilər. Ancaq onlar yerli futbolçulardan, hətta klubun akademiyasından heyətə cəlb olunan gənclərdən də zəifdilər. “Qəbələ”nin keçirdiyi oyunların statistikasına nəzər salarkən də bunun şahidi oluruq.
 
Komandanın heyətinə cəlb olunan legionerin səviyyəsi yerli futbolçudan üstün olmalıdı. O, ən azından çıxışı ilə qazandığı pulu haqq etdiyi sübuta yetirməlidi. Ancaq rumın çalışdırıcının gətirdiyi futbolçuların meydana çıxdığı oyunlarda “Qəbələ” yalnız çempionatın ən zəiflərini məğlub edir. “Bakı”yla “Sumqayıt”ı udan “qırmızı-qaralar”ın “Araz Naxçıvan” üzərində qeydə alınan qələbələri isə nəticəyə heç bir  təsir göstərmir. “Simurq”la səfər matçında qazanılan qələbədə də Dodonun əzmkarlığı böyük rol oynadı. Həmin Dodo ki, neçə illərdi heyətdədi və Muntyanu xoşlamadığı bu oyunçunu sadəcə, məcburiyyətdən oynadır.
 
Statistikaya nəzər salsaq görərik ki, “Qəbələ”yə Muntyanunun başçılığı ilə transfer olunanların içində yalnız Ropotan çox oyun keçirməklə  fərqlənir . O da meydana çıxdığı oyunlarda sarı vərəqələri sıralayır. Yarımmüdafiəçinin geridə qalan turlar ərzində meydanda olduğu 958 dəqiqədə 8 sarı vərəqə alması səviyyəsizliyinin göstəricisidi. Çünki o, səhvlərini, fiziki çatışmazlığını, texniki qüsurlarını bu yolla ört-basdır edir, ikili mübarizələrdə uduzduğu üçün rəqiblərini qayda pozuntusu hesabına dayandırır.
 
 
Digər oyunçuların statistikası isə aşağıdakı kimidi:
Markus Vidal – 673 dəqiqə, 1 sarı vərəqə, 1 qol
Yazalde Pinto – 583 dəqiqə, 1 sarı vərəqə
Pavol Farkaş – 580 dəqiqə, 2 sarı vərəqə, 1 qol
Aleksandru Benqa – 510 dəqiqə, 2 sarı və 1 qırmızı vərəqə (ikinci sarıdan sonra)
Andrei Kristea – 307 dəqiqə, 1 sarı vərəqə
 
Təsəvvür edin, 12 tur ərzində hərəsi 1080 dəqiqə oynamalı olan futbolçuları orta hesabla bunun yarısında iş başında olub. 6 oyunçunun komandanın vurduğu 15 qoldan cəmi ikisinə imza atması (onlardan da birini Mrakinyos AZAL-a əllə vurmuşdu) fiaskodu.
 
Əcnəbi futbolçular uğurlu çıxışı ilə yerli futbolçulara nümunə olmalıdı. Ancaq bu, “Qəbələ”də tamam  fərqlidi. Yerli futbolçular, xüsusən də gənclər legionerlərdən üstün oyun sərgiləyir. Tam əminliklə demək olar ki, sonuncu turda “Neftçi” ilə matçda 90 dəqiqə meydanda olan Ürfan Abbasov, Sadiq Quliyev və Elvin Camalov Muntyanunun gətirdiyi legionerlərdən qat-qat üstün futbol nümayiş etdirir. Belə bir durumda Muntyanunun adaptasiya ilə bağlı uydurmalarına qulaq asmağın mənası yoxdu. Guya Sadiq Quliyev 50 ildi ki, “Qəbələ”nin əsas komandasında çıxış edir?
 
Elə bu səbəblərdən “Qəbələ” rəhbərliyi artıq Muntyanunun nağıllarına qulaq asmamalıdı. Bu adamdan əyalət klubuna məlhəm olmayacaq. Gətirdiyi oyunçuların yarıtmazlığı bir yana, rumın çalışdırıcı heyətlə oynamaqla da komandaya zərər vurur. Sabit heyət qura bilməyən çalışdırıcı demək olar ki, heç bir oyunçuya ardıcıl bir neçə oyunda güvənmir. Bu isə ümumi etmadsızlığa, futbolçuların məsuliyyətdən qaçmasına səbəb olur. Vaxt isə gözləmir, şanslar getdikcə azalır.
 
“Qəbələ” rəhbərliyinin məşqçiyə vaxt verməsi, uzun müddət güvənməsi alqışlanası fakdı. Ancaq bunu elə adam üçün etməlisən ki, ona  layiq olsun. Muntyanu belə etimada dəyən məşqçi deyil. Hətta rəhbərlik ifrata varıb növbəti uğursuz oyunlardan sonra da onu postunda saxlasa, ən azı transfer məsələlərində onun səlahiyyətlərini əlindən almalıdı. Yoxsa nəticəsiz bitəcək mövsümün yekununda yalnız Dorinelin cibləri şişəcək.
 
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Dünya futbolu2024-04-22 14:31

Məşhur yapon Kurtua ilə bir yerdə oyun izlədi

blank
Digər idman növləri2024-04-22 14:17

Rıbakinanın uğuruna Tokayev də biganə qalmadı

blank
Ölkə futbolu2024-04-22 14:01

Yarımfinal oyunları canlı yayımlanacaq

blank
Digər idman növləri2024-04-22 13:53

ATP reytinqində ciddi dəyişiklik olmadı

blank
Milli komanda2024-04-22 13:46

Fişer: “AFFA-dan təklif almamışam”

blank
Premyer-liqa2024-04-22 13:32

Rekordun bir addımlığında

blank
Milli komanda2024-04-22 13:16

Millimizin yekun heyəti açıqlandı

blank
Premyer-liqa2024-04-22 13:03

Tovuzda ilk darmadağın

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm