Bizi izləyin

Milli komanda

Elxan Məmmədovun xəyanət planı

Hər yerdə belədi: əsas rəhbər bir kənarda qalır, işi başqas?…

blank
Hər yerdə belədi: əsas rəhbər bir kənarda qalır, işi başqası görür. Bu, əsas rəhbərin bacarıqsızlığı səbəbindən olmur. Sadəcə, daha böyük, daha çoxşaxəli işlərlə məşğul olan hansısa qurumların rəhbəri hər sahədə bütün işləri yoluna qoyan icraçılara güvənir. Bəzən iş o həddə kimi böyüyür ki, ikincilər birincilərdən daha fəal təsir bağışlayır.
 
Ancaq bu etimaddan sui-istifadə edənlər, fürsəti əldən verməyib şəxsi mənfəətini düşünənlər də olur. Bəzən icraçılar “burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə işləyir, ona həvalə olunan işləri özünə xidmət vasitəsinə çevirir. İddia o qədər böyüyür ki, ona buyruq verən rəhbərlərinin hansısa sözünü belə məqsədinə çatmaq üçün vasitəyə çevirir.
 
Elxan Məmmədov da belələrindəndi. AFFA-nın baş katibi həm də savadlı biridi, dünyanın gəliş-gedişindən xəbərdardı, zəmanə adamıdı, dəryanın hansısa hissəsinə tor atmaq lazım olduğunu da əla bilir. Ancaq nə yazıq ki, o, potensialını çalışdığı sahədə – futbolda inkişafa nail olmağımız üçün deyil, öz güzəranını təmin etmək məqsədi ilə səfərbər edib.
 
***
 
Dekabrın 3-də AFFA İcraiyyə Komitəsinin növbəti iclası baş tutacaq. Budəfəki tədbir də əvvəlkilərdən fərqlənməyəcək, dünyadan xəbərsizlər və ya kar, kor edilmişlər gəlib, yaşamadıqları dünyadakı dəyişikliyə səs verəcəklər, əl qaldıracaqlar, çəpik çalacaqlar. Və ən maraqlısı budu ki, onların hamısını – bankirləri, iş adamlarını, oliqarxları, böyük kompaniya rəhbərlərini, əsil-nəcabətli şəxsiyyətləri bir südəmər barmağına dolayacaq. İK üzvləri gündəlikdəki məsələlərə baş katibin istədiyi kimi “qiymət verəcək”, beləcə Azərbaycan futbolunun ömründən kəsib Məmmədovun karyerasına calayacaqlar.
 
Təbii ki, İK üzvləri bütün bunları iclasda başda oturacaq şəxsə görə edəcək, baş katibə görə yox – “nəyə kimə görə hörmət qoymaq” məsələsi kimi bir şey… Ancaq onlar unudur ki, AFFA prezidenti Rövnəq Abdullayev elə məhz baş katib tərəfindən tamamilə səhv məlumatlandırılır, Məmmədov öz məqsədininə çatmaq planını futbolun inkişaf yolu kimi təqdim edir. Təbii ki, əsas rəhbər mühüm dövlət işləri üzündən daha ciddi problemlərin həlli ilə məşğuldu, futbol təsərrüfatında hər şeyi ikinci şəxsə – baş katibə etibar, Məmmədov isə etibardan sui-istifadə edir. Bəlkə də özünə başqa rəhbər tapıb, ona xidmət edir və indiki rəhbərini gözdən salmağa çalışır. Hər halda görünən odu ki, bu, Abdullayevin tərzi deyil, başqası oyun oynayır.
 
***
 
İcraiyyə Komitəsinin iclasının gündəliyindəki məsələlərə bənd-bənd nəzər salaq.
 
1. Məşqçilər Komitəsinin yaradılmasının,  Əsasnaməsinin və üzvlərinin təsdiqi.
İnanın ki, bu, qurumun bizə heç bir xeyri olmayacaq. Çünki buna bənzər qurumlar əvvəllər də olub və ondan fayda görməmişik. Nəzərə alsaq ki, komitə üzvlərinin milli komandaların baş məşqçilərinin qərarına təsir etmək imkanı olmayacaq, sonluq bəllidi. Burada məqsəd yalnız digər qərarların müzakirəsinə cığır açmaqdı ki, Məmmədovun əsl bəd niyyəti 2-ci və 4-cü bəndlərdə gizlənir. Ancaq bu məsələ heç də iclasın əsas prioritet mövzusu olmaya-olmaya ilk pilləyə ona görə çıxarılıb ki, katibliyin guya futbolun inlişafı üçün çaba göstərməsi mənzərəsi yaransın. Halbuki Ağasəlim Mircavadov, Şahin Diniyev, Vaqif Sadıqov, Böyükağa Hacıyev kimi mütəxəssislər bu gün ölkə futboluna məşqçi kimi daha böyük xeyir verə bilər, onları işlə təmin etmək lazımdı, daha hansısa məchul qurumda məsləhətçi-nəzarətçi rolunu boyunlarına yükləyərək onları neytrallaşdırmaq yox.
 
2. Milli Komandanın baş məşqçisinin təsdiqinin müzakirəsi.
Namizədlərin müzakirəsi yox ha, məhz baş məşqçinin təsdiqi. Elxan Məmmədov burada da durnanı gözündən vurub. Milli komandamıza qətiyyən layiq olmayan, amma baş katibin şəxsi tələblərinə tamamilə uyğun gələn Robert Prosineçkiylə danışıqlar yekunlaşıb, müqavilə hazırdı, sadəcə, bu perspektivsiz nikaha “ağsaqqallar”ın xeyir-duası lazımdı ki, gələcəkdə bütün məsuliyyət də İK-nın boynuna yüklənsin.
 
3. U-21 yığma komandasının baş məşqçisinin təsdiqinin müzakirəsi.
Çox maraqlıdı ki, bu komandayla bağlı məsələ ictimailəşməyib. Berti Foqtsun özüylə gətirib özüylə aparmadığı Bernard Lippertin müqaviləsi bitib. Lakin baş katibin bir sıra biznes-layihələrində vasitəçi olan alman yəqin ki, yeni müddət üçün bu posta təsdiqlənəcək. Bu bəndi də hansısa mahnının nəqarəti kimi Məmmədov daha ciddi müzakirə mövzusu olan 2 məsələnin ortasına atıb ki, üstündən tez keçilsin.
 
4. Klublar Komitəsinin yaradılmasının və Əsasnaməsinin təsdiqi.
Bütün bu həngamənin, iclasbazlığın ana məqsədi yığmaya baş məşqçi təyinatıdısa, baş katibin çatmaq istədiyi ikinci hədəf bu bənddə gizlənir. Futbol təsərrüfatına nəzarəti tam ələ almaq, gələcəkdə əsas rəhbərin də mövqelərini zəiflətmək üçün. Üstəlik, Peşəkar Futbol Liqasının rolunu azaltmaq, bu quruma təzyiq etmək üçün baş katib birbaşa özünün idarə edəcəyi Klublar Komitəsini yaratmaqla təkhakimiyyətliliyə can atır.
 
5. Lisenziyalaşdırma qrupunun  məlumatı.
Bu məsələnin üzərində uzun-uzadı dayanmağın mənası yoxdu. Lisenziyalaşdırma qrupunun  məlumatı katibliyin, böyük pullar qarşılığında görülən kiçik işlərin reklamına sərf olunacaq.
 
6. Digər məsələlər.
Bax, bu bəndin üzərində 3 iclas keçirmək olar. Çünki AFFA-nın baş katibi Elxan Məmmədovun istəmədiyi o qədər məsələnin müzakirəyə ehtiyacı var ki…
 
Məsələn…
 
…Baş katib nəyə görə Berti Foqtsun vaxtında 7 ilə xərclənən milyonların hesabatını vermək istəmir. Axı, məhz onun inadı üzündən alman məşqçiyə bu qədər vaxt verildi, onun hər arzusu yerinə yetirildi. Əvəzində onun milli komandaya gəldiyi vaxtla müqayisədə komandamız FİFA reytinqində heç olmadığımız uçuruma qədər yuvarlanıb. Belə olacaqdısa, milyonlar kimin cibinə və niyə gedib?
 
…Hər dəfə milli komandaya görə Premyer Liqanın təqviminə barmaq olunub, uzunmüddətli fasilələr yaranıb. Futbolçuların milli komandaya 2 həftə öncədən çağırılması isə klubları narazı salıb. Görəsən, yeni yaradılacaq Klublar Komitəsi buna əncam çəkəcəkmi? Yoxsa yenə hər şey PFL-in boynuna yüklənəcək? Hətta milli komandaya görə bu qədər eksperimentin aparılmasına baxmayaraq, baş katibin birbaşa nəzarət etdiyi yığma Cəbəllütariq və Andorra kimi cırtdanlarla eyni səviyyədədi, xalsızdı, milli çempionatın yaxşı təşkilinə görə isə 2 dəfə klubumuz Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Görəsən, baş katib bunlar arasında səbəb və nəticə əlaqəsi tapa bilərmi?
 
…Öz buraxdiği səhvlərin heç birini İcraiyyə Komitəsinin gündəliyinə salmayan baş katib I diviziondakı xaosun səbəbin bilirmi? Mənasız və üğürsuz limit qaydasından ölkə futboluna hansı xeyir dəyib? Ümumiyyətlə, aşağı liqanı həvəskarlar çempionatı səviyyəsinə endirən baş katib oradan elitaya gələcək komandaların sabahını düşünürmü?
 
…Premyer Liqada əcnəbilərə qoyulan limitin getdikcə sərtləşdirilməsinin perspektivi də dumanlı görünür. Yerli oyunçuların qiyməti qalxır, yeni istedadlar üzə çıxmır. Bəlkə birinciliyin səviyyəsini qaldırmaq, daha səviyyəli əcnəbilərin hesabına Premyer Liqanın güclənməsi üçün başqa yol fikirləşmək lazımdı?
 
…U-15, U-17, nə bilim daha hansı liqalar haqda da hesabat maraqlı olardı. Həmin çempionatlar ölkə futboluna heç bir xeyir vermir, sadəcə, pulyeyən maşın rolunu oynayır. Elə deyilsə, aşağı yaş qrupundan olan millilərimizi niyə Almaniyadan gələnlər, dağıstanlılar zəbt edib?
…“Rəvan”ın çempionatdan sıxışdırılıb çıxarılması, “Sumqayıt”ın yarışda güc-xoş saxlanılması da müzakirə olunmalıdı. Görəsən, sabah Klublar Komitəsində bu məsələr müzakirə olunacaqmı? Olunacaqsa, baş katib məhz bu amilə görə utanacaqmı? Axı, məhz onun sayəsində normal maliyyə imkanları olan bir klub küsdürüldü, əvəzində AFFA-nın ianələri hesabına yaşayan Məmmədovun bisnes-layihə klubu olan “Sumqayıt” elitada saxlanıldı.
 
***
 
Gördüyünüz kimi, İcraiyyə Komitəsi baş katibin məqsədlərinə çatmaq üçün oyuncaq quruma çevrilib. O, yalnız öz məqsədinə xidmət edən məsələləri müzakirəyə çıxarır, əsas problemləri unudur.
 
Elxan bəy müsahubələrində də belədi. Jurnalistlər onu divara dirəyən kimi zərbələri başqalarının üzərinə yönəldir. Ya müti İcraiyyə Komitəsi üzvlərini namizəd göstərməməkdə günahlandırır, ya da səhv addımları birbaşa onların boynuna yıxır.
 
Məmmədovun son müsahibəsindəki bir məqam isə saymamazlığın pik nöqtəsidi. O, Qurban Qurbanovun niyə ümumiyyətlə, namizədlər siyahısında olmamasının səbəbini belə izah edib:  "Rövnəq Abdullayev də millinin baş məşqçisinin əcnəbi olacağını deyib".
 
Təsəvvür edirsiz, bu, yerli məşqçi, xüsusilə də Qurbanovu istəyən ictimaiyyətlə AFFA prezidentini üz-üzə qoymaq cəhdidi. Tapmacanın açması budur ki, Rövnəq Abdullayev yerli məşqçi istəmir, günah onundu. Halbuki Qurbanova ilk dəfə “Neftçi”nin prezidenti olarkən məhz Rövnəq bəy etmad göstərmiş, “Neftçi” kimi komandanı gənc birinə tapşırmış və onun indiki səviyyəyə çatmasına səbəbkar olmuşdu.
 
Elxan bəy AFFA prezidentinin dediklərinə bu qədər önəm verirsə, görəsən nəyə görə Abdullayevin millinin baş məşqçisinin əcnəbi olacağını, onunla bir illik müqavilə bağlanacağını bildirməsinin yalnız ilk hissəsini əlində bayraq edir. Əgər baş katib üçün prezident sözü yekun qərardısa, Robert Prosineçki ilə niyə 3 illik anlaşmanı razılaşdırıb? Axı, deyəsən, bu, xəyanətdi – çoxbilmiş icraçının rəhbərə xəyanəti.
 
FƏRİD
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Dünya futbolu2024-04-22 14:31

Məşhur yapon Kurtua ilə bir yerdə oyun izlədi

blank
Digər idman növləri2024-04-22 14:17

Rıbakinanın uğuruna Tokayev də biganə qalmadı

blank
Ölkə futbolu2024-04-22 14:01

Yarımfinal oyunları canlı yayımlanacaq

blank
Digər idman növləri2024-04-22 13:53

ATP reytinqində ciddi dəyişiklik olmadı

blank
Milli komanda2024-04-22 13:46

Fişer: “AFFA-dan təklif almamışam”

blank
Premyer-liqa2024-04-22 13:32

Rekordun bir addımlığında

blank
Milli komanda2024-04-22 13:16

Millimizin yekun heyəti açıqlandı

blank
Premyer-liqa2024-04-22 13:03

Tovuzda ilk darmadağın

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm