Ölkə futbolu
1 həftədə 5 texniki məğlubiyyət
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqası ilə yanaşı aşağı liqada və futzal üzrə azərbaycan birinciliyi yarışlarında keçirilən oyunlardakı hadisələr də cəzasız qalmayıb.
Noyabrın 29-da Coca-Cola U-13 Liqasının RİOEUGİM (Bakı) – “Neftçi İK İB” (Bakı) matçında RİOEUGİM komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Həmin gün keçirlən U-11 Liqasının “Qudyalçay” (Xaçmaz) – UGİM (Siyəzən) matçında Xaçmaz təmsilçisi iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Noyabrın 30-da U-10 Liqası çərçivəsində baş tutan “İnter” – “Rəvan” matçında “Rəvan" komandası iştirak etmədiyinə görə klub 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.
Həmin gün Futzal üzrə Azərbaycan birinciliyinin 2-ci dəstəsinin “Neftçi” – “Kərki” matçında “Neftçi” klubu iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.
Yenə eyni gündə baş tutan Futzal üzrə Azərbaycan həvəskərlar birinciliyinin “Təbriz” – “Yeni Günəşli” matçının 44-cü dəqiqəsində qonaq komandanın meydanı heç bir əsası olmadan tərk etməsinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir.
(AFFA)
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?