Ölkə futbolu
İcraiyyə Komitəsinin iclası formal xarakter daşıyır – FOTO
Bu gün AFFA-nın inzibatı binasında İcraiyyə Komitəsinin (İ…
Bu gün AFFA-nın inzibatı binasında İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilir. Futbolinfo.az xəbər verir ki, iclasda gündəlik məsələlər müzakirə olunur.
Hazırda qapalı keçən iclas yekunlaşmayıb. Amma Robert Prosineçkinin artıq millimizin yeni baş məşqçisi olması təsdiqlənib. Belə ki, İK-in üzvlərinin iştirakı ilə keçiriləcək mətbuat konfransında Prosineçkiyə millimizin forması və şərfi təqdim olunacaq. Həmin forma və şərf əvvəlcədən mətbuat konfransının keçiləcəyi zala gətirilib. Bu da, Prosineçkinin millimizin "sükanı arxasına" keçidini təsdiqləyən amillərdən biridi.
Maraqlıdı, İK-in iclası qapalı keçirsə və Prosineçkinin namizədliyi ilə bağlı müzakirələr davam edirsə, qərar hələ qəbul olunmayıbsa, öncədən belə hazırlıqlar nədən qaynaqlanır? Görünür, İK-in iclası formal xarakter daşıyır.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”