Dünya futbolu
"Premyer Liqanın səviyyəsi həmişə ən yüksək olub"
“Arsenal”ın baş məşqçisi Arsen Venger komandas?…
“Arsenal”ın baş məşqçisi Arsen Venger komandasının cari mövsümdəki çempionluq şanslarını dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, o, turnir cədvəlinin lideri "Çelsi"dən xeyli geri qalmalarına baxmayaraq, çempionluq imkanlarını yüksək dəyərləndirib:
"Arsenal" cari mövsümə uğurlu başlamadı. Amma başlanğıcdan heyətdə müəyyən itkilər olub. Bu, tipik Dünya çempionatından sonrakı dövr idi. Biz geri dönüş etmək üçün bütün qüvvəmizlə mübarizə aparıb rəqabətə davamlı olduğumuzu göstərməliyik. "Arsenal" titul qazanmaq üçün çox çalışıb. Düzdü, titulun sonda kimlərə qismət olması hamıya məlumdu. Amma son 9 ildə çempionluq uğrunda amansız mübarizə gedib. İngiltərədə ciddi rəqabət var. Premyer Liqanın səviyyəsi həmişə ən yüksək olub. Bu mövsüm "Çelsi" uğurla irəliləyir. Onları qabaqlamaq çox çətin olacaq. Lakin hər kəs buna cəhd göstərəcək. 13-14 oyundan sonra çempionluq mübarizəsinin sona çatdığını söyləmək olmaz. "Çelsi"nin əlçatmaz olduğunu düşünmək doğru deyil".
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…