Milli komanda
"Qranada"nın üzvü millimizdə oynamaq üçün 1 milyon istəyib
Bu gün AFFA-nın inzibatı binasında İcraiyyə Komitəsinin n&o…
Bu gün AFFA-nın inzibatı binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, iclasdan sonra keçirilən mətbuat konfransında AFFA prezidenti Rövnəq Abdullayev və assosiasiyanın baş katibi Elxan Məmmədov iştirak edib.
Mətbuat konfransında ali futbol qurumunun rəhbərlərinə xairci çempionatda çıxış edən Azərbaycan əsilli futbolçuların yığmaya cəlb olunması ilə bağlı sualı cavablandıranda maraqlı məqama toxunublar. Belə ki, Elxan Məmmədov "Qranada"da çıxış edən Azərbaycan əsilli Eddi İsrafilovun yığmaya cəlb olunması ilə bağlı onunla görüşdüklərini bildirib. Ancaq görüş zamanı Eddinin böyük məbləğ istəməsi onun milliyə cəlb olunmasına mane olub. Elxan Məmmədov futbolçunun millimizdə oynaması üçün 1 milyon avro istədiyini bildirib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”