Premyer-liqa
Diniyevin ilk tapıntısı
Topaz Premyer Liqasının 10-cu turu daha bir futbolçunun Azər…
Topaz Premyer Liqasının 10-cu turu daha bir futbolçunun Azərbaycan çempionatında debütü ilə əlamətdar oldu. Futbolinfo.az xəbər verir ki, bu, “Rəvan”ın gənc futbolçusu Yamin Ağakərimzadədi.
Qeyd edək ki, bu futbolçu paytaxt klubunun əvəzedici heyətində top qovurdu. Amma “aslanlar”ın yeni baş məşqçisi Şahin Diniyev bu posta gələn kimi əsas komandaya ikinci heyətdən də futbolçular cəlb etməyə başladı. Belə şans qazanan ilk iki futbolçudan biri Samir Əhmədov olduğu halda, digəri də Ağakərimzadə idi.
Diniyevin bu tapıntılarından biri hətta elitada debüt etmək şansı da qazanıb. Belə ki, “Neftçi” ilə “Bakcell Arena”dakı görüşün fasiləsində “Rəvan”ın baş məşqçisi iki dəyişikliyə əl atdı. İlk yarıda vurulan qolla minimal hesablı üstünlük qazanan bakılılar qələbə hesabını qorumaq üçün müdafiəni gücləndirməyə qərar verdilər ki, bu mənada arxa xətt oyunçusu olan Yaminin meydana buraxılması başadüşüləndi.
Qeyd edək ki, Yamin Ağakərimzadə 1992-ci il təvəllüdlüdü.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?