Dünya futbolu
Aquero və Pardyu
"Mançester Siti"nin argentinalı ulduzu Serxio Aquero…
"Mançester Siti"nin argentinalı ulduzu Serxio Aquero noyabr ayında Premyer Liqanın ən yaxşı futbolçusu mükafatına layiq görülüb. Futbolinfo.az xəbər verir ki, forvard ötən ay çıxdığı 4 matçda 3 qolun və 2 məhsuldar ötürmənin müəllifi olub.
Onun komandası yalnız KPR ilə heç-heçə oynamaqla qalan 3 görüşdə qələbə qazanıb. Bununla da, ötən ay "Siti" 12 mümkün xaldan 10 xal toplaya bilib.
Noyabr ayının nəticələrinə əsasən, Premyer Liqanın ən yaxşı məşqçisi isə Alan Pardyu seçilib. Onun rəhbərliyi altında "Nyukasl” ötən ay 3 qələbə, 1 məğlubiyyət alıb. "Sağsağanlar"ın ötən tur "Çelsi"yə mövsümdə ilk məğlubiyyəti (2:1) yaşatması da yadda qalan olub. Lakin bu matç dekabrın 6-a təsadüf edib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…