Premyer-liqa
"Topaz" yenə "Simurq"la "İnter"dən şübhələndi
Bu gün Topaz Premyer Liqasının 16-cı turuna start verilir. Fut…
Bu gün Topaz Premyer Liqasının 16-cı turuna start verilir. Futbolinfo.az xəbər verir ki, turun açılış matçı Zaqatalada baş tutacaq.
Yerli "Simurq" doğma azarkeşləri önündə "İnter"i qəbul edəcək. Maraqlıdı ki, elitaya sponsorluq edən "Topaz" mərc şirkəti bu oyuna mərc qəbullarını dayandırıb. İş burasındadı ki, bu iki komandanın qarşılaşması əvvəlcədən "Topaz"ın mərc proqramına daxil edilmişdi. Ancaq "Simurq"un qələbəsinin 6.50, oyunun heç-heçəsinin isə 4.50 əmsalla qiymətləndirilməsi istər-istəməz bukmeker həvəskarlarının marağına səbəb olub. Görünür, əmsalların heç nədən şişirdilməsini mərc şirkətinin başbilənləri gec də olsa başa düşüblər.
Maraq üçün onu da qeyd edək ki, "Simurq" "İnter" komandaları eyni mənbədən maliyyələşir və ictimaiyyətdə "qardaşlar" kimi tanınır.
Xatırladaq ki, "Topaz"ın mərc proqramında "bankirlər"in qələbəsi 1.30 əmsalı ilə qiymətləndirilmişdi. Görəsən, "Topaz" doğma azarkeşləri önündə yaxşı çıxış edən "Simurq"a niyə bu qədər inamsızlıq göstərir?
Müqayisə üçün onu da qeyd edək ki, "Topaz" 14-cü tur çərçisində keçirilən "Simurq" – "Qarabağ" matçı günü mərc proqramında Ağdam klubunun qələbəsi 1.80 əmsalı kimi dəyərləndirilmişdi. Maraqlıdı, hazırkı durumda "İnter" Premyer Liqanın liderindən güclüdü ki?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…