Dünya futbolu
"Mançester Yunayted"in ispaniyalısı həbs oluna bilər
"Mançester Yunayted"in ispaniyalı futbolçusu …
"Mançester Yunayted"in ispaniyalı futbolçusu Ander Errera böyük cəzaya məruz qala bilər. Futbolinfo.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi uzunmüddətli diskvalifikasiya və ya azadlıqdan məhrum etmə gözləyir.
"Daily Mirror" nəşrinin yazdığına görə, İspaniyanın Valensiyadakı anti-korrupsiya idarələri Erreranı və "Suonsi”nin futbolçusu Cefferson Monteronun cinayət işində şübhəli bilinir. Ümumilikdə 41 məşqçi və direktor da İspaniyanın baş prokuroru Aleksandro Luzon tərəfindən təqsirləndirilir. Onların hər birini futbol fəaliyyətindən 6 illik diskvalifikasiya və ya həbs cəzası gözləyə bilər. Polis tərəfindən ifadəsi alınan 25 nəfərdən bəziləri Montero, Errera və "Atletiko"nun kapitanı Qabinin rüşvət qalmaqalındakı iştirakını təsdiqləyib.
Bütün bu proseslər 2010/11 mövsümündə baş tutmuş "Levante" – "Saraqosa" matçı ətrafında cərəyan edir. Errera "Levante" futbolçuları ilə əlaqə qurmaqda vasitəçi kimi ittiham olunur.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”