Dünya futbolu
Olcay Şahan: "Liverpul"dan 8 qolun əvəzini çıxacağıq"
UEFA Avropa Liqasının 1/16 final mərhələsində "Beşiktaş&q…
UEFA Avropa Liqasının 1/16 final mərhələsində "Beşiktaş" "Liverpul"la üz-üzə gələcək. Futbolinfo.az xəbər verir ki, püşkatmanın ardından İstanbul təmsülçüsünün aparıcı futbolçusu Olcay Şahan maraqlı açıqlamalarla yadda qalıb:
"İntiqam zamanı gəldi. "Liverpul"dan 8 qolun əvəzini çıxacağıq. Bunun vaxtı çatıb. Azarkeşlərimizin köməkliyilə "Liverpul"u Avropa Liqasından uzaqlaşdıracağıq. Bu mövsüm Avropa Liqasını da qazana bilərik. Kuboku almaq istəyiriksə, "Liverpul"u məğlub etməliyik. Komandalar arasında fərq qoymurduq. Ancaq etiraf etməliyəm ki, püşkatmadan öncə çoxumuz "Liverpul"un çıxmasını istəyirdik. Azarkeşlərin də bu fikirdə olduğunu bilirik. Püşkatma əla keçdi".
Qeyd edək ki, 2007-2008 mövsümündə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində oynanılan matçda "Liverpul" "Enfild”də "Beşiktaş"ı 8:0 hesabı ilə darmadağın etmişdi.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”