Dünya futbolu
Aquero "Barselona" matçına hazır olacaq?
"Mançester Siti”nin baş məşqçisi Manuel Pe…
"Mançester Siti”nin baş məşqçisi Manuel Pelleqrini komandanın əsas qol silahı Serxio Aqueronun szədəsi haqda məlumat verib. Futbolinfo.az xəbər verir ki, o, argentinalının Çempionlar Liqasının 1/8 finalındakı “Barselona” (İspaniya) matçına qədər hazır olacağını bildirib:
“Serxionun diz bağı qırılıb. O, “Barselona”yla oyuna qədər tam hazır olacaq. Çox güman ki, yanvarın ilk həftələrində artıq meydana çıxa biləcək. Ən pis variantda isə Aquero yanvarın 31-dəki “Çelsi”ylə oyunu buraxacaq”.
Qeyd edək ki, İngiltərə klubunun digər forvardları – Stevan Yovetiç və Edin Dzeko da zədəlidi.