Bizi izləyin

Ölkə futbolu

Elnur Məmmədov və sprey

Son vaxtlar futbol meydanlarında qəribə şeylər görür&uu…

blank
Son vaxtlar futbol meydanlarında qəribə şeylər görürük. Bu top oyunun mahiyyəti yenə əvvəlki kimidi, dəyişən xırda detallardı. Həm də əsasən hakimlərin işini asanlaşdırmaq, meydanda ədaləti daha yaxşı qorumaq üçün müxtəlif vasitələr ortaya çıxıb. Qapı xətti texnologiyası, matçlara təyin olunan qapı arxası hakimləri və s. Onlardan ən yenisi spreydi.
 
Artıq Azərbaycan Premyer Liqasının oyunlarında da hakimlər spreydən geniş istifadə edir. Topun və oyunçuların dayanma yerini dəqiq müəyyənləşdirmək üçün hakimlər üzərlərində bu prepataratı gəzdirməyə məcburdu. Etiraf edim ki, çox faydalı vasitədi. Elə olmasaydı, bundan başqa sahələrdə də istifadə etməzdilər.
 
“Neftçi” flaqman klubumuzdu, öndə getmək alınlarına yazılıb. Düzdü, klub mədəniyyətində, futbolun inkişafına töhfə verməkdə, azarkeş sayında və s. bunu bacarmasalar da, yeniliklərə açıqdılar. Necə ki, klubun yenilikçi, hər iş (!!!) bacaran təzə vitse-prezidenti Elnur Məmmədov spreyin adını eşidəndən bu alətdən klubda da istifadə etmək qərarına gəlib. Alıb əlinə spreyi – xəttləyir.
 
Sadıq Sadıqovu stadionda görə bilməzsiz. Elnur bəy gələni bütün səlahiyyətləri havaya uçan “Neftçi”nin prezidentini oğlanları əvəz edir. Amma yalnız görüntü xatirinə. Çünki hər şeyin qərarverəni Məmmədovdu. O isə əlindəki spreylə səlahiyyətlərin həddini müəyyənləşdirib. Sadıqov vitrinə qoyulmaq üçün görüntü xatirinə mövcud olan adamdı, vitse-prezidentin cızdığı xətti adlaya bilməz. Otağında oturub hacı dostları ilə söhbət etsin, yoxsa ümumiyyətlə, bazanın qabağında onun üçün keçmək məhdudiyyəti yaradan ağ zolaqla qarşılaşar. Necə ki, övladlarına belə xəbərdarlıq edilmişdi.
 
Məmmədov təkcə prezidentə qarşı belə amansız deyil. O, Sadıqovun müşaviri olan adaşı üçün də xəttlər cızıb. Elnur Əşrəfoğlunun “Neftçi”ni İŞİD-lə müqayisə edən məlum aşıqlamasından sonra ona da qadağalar var. İndi sabiq mətbuat işçisinin ağzını açmağa da ixtiyarı yoxdu, spreylənib. Əşrəfoğlu yalnız Sadıq bəyin yanında olanda nəsə deyə, şikayət edə bilər. Amma nə fayda? Elə Sadıqovu indiki vəziyyətə vəzirinin gicgicə məsləhətləri salmayıbmı?
 
İş ondadı ki, Elnur bəyi AFFA da spreylə çəkilən xəttin o biri üzündə saxlayıb. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla Zaqataladakı məlum qalmaqaldan sonra onun üçün stadionların ətrafında ağ xəttlər çəkilib. Ayağını içəri qoysa, ağzından daha bir naqolay söz çıxarsa, Əşrəfoğlunu daha uzun müddətə spreyləyəcəklər.
 
Məmmədov heç də bu iki şəxslə kifayətlənmir. Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə də daxil olmaqla, bütün klub işçiləri üçün müxtəlif məhdudiyyətlər qoyulub. Hələ söz gəzir ki, Elnur bəy əlində spreylə klubun bazasını gəzir, yolunu azan gözünə dəyən kimi həmin adam üçün xətt çəkir.
 
Sprey məhşurlaşdığı üçün yazıda bu ingilis sözündən istifadə edirəm. Əslində, bizdə buna cızıq deyirlər. “Papa canı, mama canı” deyə danışanlar bilməz, amma Sadıq müəllim kimi kənd uşaqları bunun mənasını gözəl anlayır. Uşaq vaxtı o qədər belə oyunlar oynamışıq ki. Yadımdadı, torpaqda ağacla, odun parçası ilə xətt çəkər, oyunun keçiriləcəyi ərazini müəyyənləşdirərdik. Sonra kimsə cızıqdan kənara çıxsa, onu cəzalandırardıq. Elnur Məmmədov yəqin, uşaqlıq dövrünü indi yaşayır, beynində qalıb, ona görə də hara getsə, cızıq çəkir, kənara çıxanı şapalaqlayır. Qapısının üstünə lövhə də vurub: “Cızığından çıxanı baraban çöpləri ilə döyərəm”.
 
Budur səviyyə fərqi, budur savadlı olmaq. Yaxşı nə gördünsə, götürüb işində tətbiq edəcəksən. Ona görə də futbolla bağlı nəsə təzə bir olay ortaya çıxsa, bilin ki, Elnur Məmmədov “Neftçi”də tətbiq edəcək. Bircə videotəkrar olmasın, yoxsa vitse-prezident “Neftçi”nin ötən günlərini vərəqləyib qərar versə, çox adamın evi yıxılacaq. Onda bəlli olacaq ki, Tahir Süleymanovun, Güloğlan Cabbarovun vaxtında nələr olub? Onda bəlli olacaq ki, kim hansı oyunçunun transferindən nə qədər qatlayıb? Onda bəlli olacaq ki, Nikolas Kanalesin getmə və qayıtma səbəbi nədir? Onda bəlli olacaq ki, Conni Leoni adlı qapıçını Bakıya niyə gətirib, niyə qovdular? Onda bəlli olacaq ki, Elnur Əşrəfoğlunu “Neftçi”dən hansı səbəbə görə uzaqlaşdırmışdılar və niyə o, ləkəli adla daha yüksək vəzifəyə gəlib?
 
Bircə videotəkrarın tətbiqinə başlamasınlar…
 
VÜSAQİ
Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-01 17:21

AFFA nümayəndəsi AÇ-2024-ə təyinat aldı

blank
Dünya futbolu2024-05-01 17:02

Rabyo “Bayern”in hədəfində

blank
Digər idman növləri2024-05-01 16:45

“Prezident Kuboku”: İlk günün qalibləri bəlli oldu

blank
Premyer-liqa2024-05-01 16:27

Premyer Liqada apreldə vurulan 5 ən gözəl qol – VİDEO

blank
Müsahibə2024-05-01 16:09

“Kəpəz”in qurtulmasının sirri: “Kollektiv halında birləşdiyimiz üçün…”

blank
Dünya futbolu2024-05-01 15:52

“Tottenhem”in hücumçusu üçün mövsüm başa çatdı

blank
Digər idman növləri2024-05-01 15:37

Gürcü boksçu: “Rusiyalı boksçuya uduzmağım üçün böyük pul təklif edildi”

blank
Ölkə futbolu2024-05-01 15:20

Klublar Komitəsi bu gün toplanır

blank
Digər idman növləri2024-05-01 15:07

“Ferrari”nin direktoru ən böyük transfer üçün Londona yola düşdü

blank
Digər idman növləri2024-05-01 14:38

“Həm hücum planında, həm də müdafiədə dəyişikliklərə hazır olmalıyıq”

blank
Digər idman növləri2024-05-01 14:19

Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb

blank
Dünya futbolu2024-05-01 14:00

Keyn ÇL-də yeni nailiyyətə imza atdı

blank
Digər idman növləri2024-05-01 13:42

“Prezident Kuboku 2024”-ün açılış mərasimi keçirilib

blank
Digər idman növləri2024-05-01 13:24

Tamaşaçı sayını 100 min səhv elan etdilər

blank
Dünya futbolu2024-05-01 13:09

Kroos: “Əsas odur ən yaxşılar bizdə oynayır”

blank
Ölkə futbolu2024-05-01 12:50

ÇL-də format dəyişikliyi: “Qarabağ” üçün nə dəyişəcək?

blank
Digər idman növləri2024-05-01 12:32

Belqradda dramatik oyun, “Barselona” isə yenidən öndə

blank
Digər idman növləri2024-05-01 12:15

Seriyalarda vəziyyət gərginləşdi

blank
Dünya futbolu2024-05-01 12:00

Krivotsyukun komandası evdə xal itirdi

blank
Digər idman növləri2024-05-01 11:43

Bu gün pley-off mərhələsinin növbəti oyunu keçiriləcək

blank
I Liqa2024-05-01 11:25

I Liqada 24-cü turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-05-01 11:10

Əfsanənin doğma publika qarşısında son oyunu

blank
Ölkə futbolu2024-05-01 10:55

Milli komandamızdan 1 məğlubiyyət, 1 qələbə

blank
Dünya futbolu2024-05-01 10:38

Modriç “Real”ın ən qocası oldu

blank
Dünya futbolu2024-05-01 10:20

Ançelottidən heç-heçə şərhi

blank
Müsahibə2024-05-01 10:02

Vadim “Araz-Naxçıvan”ı fərqləndirir: “Psixoloji cəhətdən axsayırdıq”

blank
Dünya futbolu2024-05-01 09:45

Vinisius ən yaxşı seçildi

blank
Dünya futbolu2024-05-01 09:27

Növbəti yarımfinal – yenə Almaniyada

blank
Ölkə futbolu2024-05-01 09:10

Şeydayevə vərəqə xəbərdarlığı

blank
Ölkə futbolu2024-05-01 08:52

“Yurqorden”in ən uğursuzları

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm