Dünya futbolu
Blatter FİFA-dan gedir
İngiltərə mətbuatı FİFA prezidenti Yozef Blatterin quruma nö…
İngiltərə mətbuatı FİFA prezidenti Yozef Blatterin quruma növbəti prezident seçkilərində namizədliyini irəli sürməyəcəyini iddia edib. Futbolinfo.az xəbər verir ki, bu günə qədərki açıqlamalarında daim namizəd olacağını təkrarlayan ali futbol qurumunun rəhbəri hələ ki bu barədə özü münasibət bildirməyib.
BBC-nin xəbərinə əsasən, isveçrəli idarəçi təşkilatdakı əməkdaşlarla gizli danışıqlar aparıb. Danışıqların əsas mövzusu Blatterin 2015-ci ildə qurumun prezident seçkilərində namizədliyini geri götürməsi ilə bağlı olub. Mənbənin məlumatına görə, Blatter qalmaqallardan, gərgin iş qrafikindən və qarşıdakı Mundiallarla bağlı araşdırmaya görə göstərilən təzyiqdən bezdiyini qeyd edib. Lakin o, son qərarını hələ verməyib. Blatter 2015-ci ilin yanvarına kimi yekun qərarını elan edəcək.
Qeyd edək ki, 78 yaşlı isveçrəli 4 seçki dönəmində FİFA-nın rəhbərli seçilib. Onun səlahiyyət müddəti yanvarın 29-da başa çatacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…