Dünya futbolu
Haynkes "Real"ı məsləhət gördü
Almaniya futolunun məşhur siması Yupp Haynkes Dortmund "Boruss…
Almaniya futolunun məşhur siması Yupp Haynkes Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Marko Roys haqqında maraqlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, “Bavariya" və "Real"ın sabiq baş məşqçisi istedadlı futbolçunun irəli getmək istəyirsə, "Real"a keçməli olduğunu bildirib:
"Tövsiyə edərdim ki, Roys "Real"a keçsin. "Bavariya"nın hücum xəttində 4-5 dünya səviyyəli oyunçu var. Orda hansı mövqedə oynayacaq? Əgər Roysun sərbəst qalma məbləği 25 milyon avrodusa, bütün Avropa nəhəngləri onu ovlamağa çalışacaq. “Borussiya”da qalsa, karyerasında ciddi uğur olmayacaq”.
Qeyd edək ki, zədə səbəbindən cari mövsümdə Bundesliqada cəmi 7 matçda meydana çıxa bilən Roysun aktivində 3 qol və 2 məhsuldar ötürmə var.