Premyer-liqa
“Simurq” – “Xəzər Lənkəran” matçında qalmaqal: bir azarkeş bölməyə aparıldı
Topaz Premyer Liqasının 10-cu turunun “Simurq” – &…
Topaz Premyer Liqasının 10-cu turunun “Simurq” – “Xəzər Lənkəran” matçı qalmaqalsız ötüşməyib. Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın ikinci hissəsində baş hakim Rauf Cabbarovun qərarı qonaq azarkeşləri özündən çıxarıb.
Belə ki, qonaqların hücumçusu Ağabala Ramazanov “Simurq”un cərimə meydançasında rəqib qapıçı Pavel Kapsa ilə toqquşub. Bu zaman həm “Xəzər Lənkəran”ın futbolçu və məşqçi heyəti, həm də azarkeşlər hakimdən penalti tələb ediblər. Amma Cabbarov onların bu tələbi ilə razılaşmayıb və fərqli qərar qəbul edib.
Məhz bu üzdən azarkeşlər meydana kənar əşyalar atmağa başlayıblar. Hətta onlardan biri qazona “butulka” atmaqdan da çəkinməyib. Belədə polislərlə cənublu azarkeşlər arasında gərginlik yaşanıb. “Xəzər Lənkəran” azarkeşlərindən biri polislər tərəfindən həbs olunaraq bölməyə aparılıb.
Qeyd edək ki, “Xəzər Lənkəran” bu oyunda 2:1 hesablı əzmkar qələbə qazanıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?