Dünya futbolu
"Barselona" "Arsenal"ın arzusunu puç etdi
İspaniyanın "Barselona" klubunun təcrübəli hüc…
İspaniyanın "Barselona" klubunun təcrübəli hücumçusu Pedro Rodriqes komandanı tərk etməyəcək. Futbolinfo.az xəbər verir ki, bu haqda "Marca" nəşri məlumat yayıb.
Mənbədə qeyd olunur ki, Kataloniya təmsilçisi 27 yaşlı futbolçu üçün gələn bütün təklifləri geri çevirəcək. Baş məşqçi Luis Enrike rəhbərlikdən onun komandada saxlanılmasını istəyib. Buna səbəb son vaxtlar hücumçunun formada olmasıdı.
Qeyd edək ki, cari mövsüm 22 matçda meydana çıxan ispaniyalı aktivində 7 qol və 4 məhsuldar ötürmə var. Onunla İngiltərə "Arsenal"ının maraqlandığı deyilir.