Ölkə futbolu
Rauf Əliyev: "Ən yaxşı halda Türkiyə PTT 1-ci Liqasına gedə bilərik"
“Xəzər Lənkəran”da məlum islahatlardan sonra millimiz…
“Xəzər Lənkəran”da məlum islahatlardan sonra millimizin hücumçusu Rauf Əliyevlə də yollar ayrıldı. Futbolinfo.az xəbər verir ki, forvardın bundan sonra karyerasını hansı klubda davam etdirəcəyi maraq doğurur.
Saytımıza açıqlama verən Əliyev məsələyə aydınlıq gətirib: “Xəzər Lənkəran”dan ayrılmağıma səbəb klubun tamam başqa strategiya, plana üz tutması oldu. Bunun necə nəticə verəcəyini isə bilmirəm. Özləri bilərlər. Mən öz karyeramı fikirləşirəm. Adımın hansısa klubla yanaşı çəkilməsi söz-söhbətdi. Hələ ki, ortada real bir şey yoxdu. Təklif olsa, legioner həyatı da yaşamaq istəyərəm. Amma bizdə Azərbaycadan kənara çıxmaq çətindi. Bizim futbolçulara inam yoxdu. Ən yaxşı halda Türkiyə PTT 1-ci Liqasına gedə bilərik. Düzü, xarici çempionatlarda çıxış etmək istərdim. Amma real bir təklif olmayıb”.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?