Dünya futbolu
İstanbul klubu daha bir hücumçusunu itirdi
Türkiyənin “Fənərbaxça” klubu ciddi itkiyl?…
Türkiyənin “Fənərbaxça” klubu ciddi itkiylə üzləşib. Futbolinfo.az xəbər verir ki, komandada olan zədəli futbolçuların sırasına biri də əlavə olunub.
Belə ki, istanbulluların kamerunlu hücumçusu Pyer Vebo ağrılarının çoxalması səbəbindən son məşqi yarımçıq tərk edib. 32 yaşlı forvardın Superliqa çərçivəsində sabah keçiriləcək “Mərsin İdman Yurdu” matçında iştirakı sual altındadı.
Qeyd edək ki, Kamerun millisinin də şərəfini qoruyan forvard 2013-cü ildən “sarı-larcivərdlilər”in formasını geyinir.