Dünya futbolu
2 il sonra yenidən A Seriyasında
Futbol üzrə İtaliya A Seriyasında 2020/21 mövsümünün daha bir iştirakçısının adına aydınlıq gəlib.
Futbolinfo.az xəbər verir ki, B Seriyasında çempionluğu təmin edən “Benevento”nun ardından “Krotone” də elitaya vəsiqə qazanıb.
Sözügedən komanda buna 36-cı tur çərçivəsində səfərdə “Livorno”nu 5:1 hesabıyla məğlub etməklə nail olub. Xal ehtiyatını 65-ə çatdıran “Krotone” sona iki tur qalmış izləyiciləri üçün əlçatmaza çevrilib.
Qeyd edək ki, “Krotone” 2 il əvvəl A Seriyasını tərk etmişdi. Kalabriya təmsilçisi tarixində üçüncü dəfə elitaya yüksəlir.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…