Dünya futbolu
2 qol vurdu, klubun tarixinə düşdü
“Lester Siti” İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində “Kristal Pelas”a 3:0 hesabıyla qalib gəlib.
Futbolinfo.az xəbər verir ki, bu oyun “Lester Siti”nin futbolçusu Ceymi Vardi üçün əlamətdar olub.
Belə ki, bu oyunda komandasının 2-ci və 3-cü qollarının müəllifi olan 33 yaşlı hücumçu, klubun heyətində Premyer Liqada vurduğu qolların sayını 101-ə çatdırıb. Bununla da, Vardi “Lester Siti”nin heyətində çempionatda 100 qol həddinə çatan ilk futbolçu olub.
İngiltərəli futbolçu 2012-ci ildən “Lester Siti”nin şərəfini qoruyur.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək