Ötən gün Azərbaycan Super Kuboku uğunda matç üçün Naxçıvana yola düşən “Xəzər Lənkəran” artıq 5 ulduzlu “Duzdağ” otelində məskunlaşıb. Futbolinfo.az klub saytına istinadən xəbər verir ki, saat 14:00-da Azərbaycan Hava Yollarının “Lənkəran” adlı “Boinq 757-200” tipli təyyarəsi ilə yola düşən komanda 55 dəqiqəlik rahat uçuşdan sonra Naxçıvan Beynəlxalq Hava Limanına çatıb.
 
Komanda daha sonra məskunlaşacağı Muxtar Respublikanın ən tanınmış oteli sayılan “Duzdağ”ın yolunu tutub. Qısamüddətli istirahətdən sonra futbolçular saat 17:00-da adıçəkilən otelin kiçik ölçülü futbol meydançasında məşqə çıxıb. Bir saatlıq məşqdən sonra komanda istirahətə çəkilib.
 
Hazırda klub prezidenti də başda olmaqla bütün klub rəsmiləri “Duzdağ” otelindədi. “Xəzər Lənkəran” Naxçıvana çatdıqdan sonra Muxtar Respublikanın güc strukturlarının rəhbərləri oteldə klub rəhbərliyini ziyarət edərək lazım olan bütün köməkliyi göstərməyə hazır olduqlarını, burada olduqları müddətdə komandanın təhlükəsizliyinin ən yüksək səviyyədə qoruyacaqlarını bildiriblər.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp