Topaz Premyer Liqasının növbəti – 11-ci turunda "İnter"lə qarşılaşacaq AZAL-da ciddi itkilər var.  Futbolinfo.az saytı xəbər verir ki təyyarəçilərin heyətində nə az, nə çox düz beş futbolçu sıradan çıxıb.
 
Bunlar Ruslan Tağızadə, Branislav Arsenyeviç, Vladimir Boqdanoviç, Samuel Barlay və Xuan Fransiskodu.  
 
Bu barədə saytımıza açıqlamasında “təyyarəçilər”in baş məşqçisi Vaqif Sadıqov məlumat verib. Amma o, derbi öncəsi iddialı olduqlarını da gizlətməyib:
 
“Bütün bu itkilərə baxmayaraq, "İnter"lə oyuna tam gücümüzlə hazırlaşırıq. Bu oyunda uğurlu nəticə əldə edəcəyimizə inanıram”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp