"Milan"ın hücumçusu Robinyo gələcək karyerası haqda danışıb. Futbolinfo.az xəbər verir ki, braziliyalı daha 10 il futbol oyanamq və bu müddətin hamısını "Milan"da keçirmək istədiyini bildirib:
 
"Mən xoşbəxtəm, çünki komandamda işlər yolunda gedir. Üstəlik mənə qardaş olan Kaka yenidən aramızdadı. Ölkəmdə keçiriləcək dünya çempionatı öncəsi mövsümü nikbin notlarla başa vurmaq istəyirəm. "Santos" məni geri qaytarmaq istəyir? Mən "Milan"la müqavilə yeniləmişəm və bununla fəxr edirəm. Daha 10 il "Milan"da qalmaq istəyirəm".
 
Qeyd edək ki, 2010-cu ildən "Milan"ın şərəfini qoruyan Robinyo keçirdiyi 93 oyunda 24 dəfə rəqib qapılarına yol tapıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp