“Qarabağ”ın hücumçusu Vüqar Nadirovun futbolinfo.az saytına müsahibəsi
 
– Əvvəlcə dünənki “Xəzər Lənkəran”la oyunla bağlı fikirlərinizi bilmək istərdik..
– Çətin oyun oldu, çətin qələbə qazandıq. Rəqib də güclü rəqib idi. Əsas odu ki, 3 xalı qazandıq.
 
– Artıq 3 oyundu ki, rəqib qapısından 3 cavabsız top keçirirsiz…
– Məncə, bu, o qədər də əhəmiyyətli deyil. Əsas odu ki, komandada iddia var. Hamı istəyir ki, qələbə qazanaq.
 
– “Qarabağ”ın ən uğursuz transferi Nikolas Gelaşvili oldu. Buna münasibətin necədi?
– Mənə elə gəlir ki, Gelaşvili uğursuz transfer deyil. Sadəcə, qol vura bilmir. Artıq o da öz oyununu tutub. Yavaş-yavaş özünə gələcək. Bəxt amili də futbolda böyük rol oynayır.
 
– Təbii ki, bəxt amili rol oynayır. Amma futbolçudan da çox şey asılıdı…
– Onun da yaxşı cəhətləri var və inanıram ki, komandaya xeyir verəcək.
 
– Millidə bir yerdə işlədiyin məşqçi – Nazim Süleymaanov indi sizə rəqib olub…
– Bu, təbii bir haldı. Məşqçidi, hər yerdə işləyə bilər. Süleymanova həm bir məşqçi, həm də insan kimi hörmətim var.
 
– Millinin son tsikildəki oyununu necə qiymətləndirərdiniz?
– Mənə elə gəlir ki, yaxşı.
 
– Sadəcə yaxşı?
– Yəni xallar topladıq. Luksemburqla oyunda şanslarımız oldu, amma istifadə edə bilmədik. Yalnız Portuqaliyaya hər iki oyunda uduzduq.
 
– Berti Foqtsun müqavilənin müddəti ilin sonunda başa çatır. Sənin fikrincə, alman qalsa, yaxşı olardı, yoxsa getsə?
– Məncə qalsa yaxşıdı. Çünki artıq o oyunçuları daha yaxşı tanıyır. Azərbaycan futbolunun damarını tutub. Ona görə də qalsa, yaxşıdı.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp