Hollandiya millisinin və “Qalatasaray”ın təcrübəli yarımmüdafiəçisi Uesli Sneyderin adı Fransanın “Monako” ilə birgə çəkilir. Futbolinfo.az xəbər verir ki, Liqa-1 klubunun yaxın günlərdə İstanbul təmsilçisinin qapısını döyəcəyi gözlənilir.
 
Türkiyə mətbuatının xəbərinə görə, “Cim-Bom” ulduz futbolçu üçün 20 milyon avro istəyir.
 
Qeyd edək ki, hollandiyalı futbolçunun xidmətində Avropanın top klubları mübarizə aparır.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp