Bu gün Topaz Premyer Liqasının 32-ci tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, "Qәbәlә" doğma meydanda "Qarabağ"la 1:1 bərabərə qalıb. 
Qəbələ şəhər stadionundakı oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Roman Qriqorçuk heç-heçəni belə şərh edib:
"Qalib gәlә bilmәsәk dә, bizim әn çox bu oyunda qol vurmaq şansımız oldu. Futbolçularımın bu oyuna hazırlıq zamanı çox istәkli olması mәni sevindirirdi. Hәm iclaslarda, hәm dә mәşqdә çox yaxşı hazırlaşırdıq. Bu gün dә gözәl oyun ortaya qoyduq".
Ukraynalı mütәxәssis hakimlik haqqında verilәn suala belә cavab verib: "Siz mәnim yerimә qәrar vermәyin. Ehtiyat oyunçular skamyasında özümü narazı kimi aparmadım. Bundan әvvәlki 8-9 oyunda daha çox sәhvlәr olurdu. Amma siz belә sual vermirdiz. Bu gün isә hәr şey yaxşı idi".
Qriqorçuk ona verilәn "ötәn mövsüm "Qәbәlә" Avroliqaya vәsiqә qazanmışdı vә hәmçinin komanda kubokun finalına çıxıb, çempionatda 3-cü olmuşdu. Bu il Avroliqa olsa da, daxili yarışlardakı nәticәlәr yaxşı deyil. Nәticәlәri müqayisә edәrdiz" sualına belә cavab verdi: "Mәn 4 aydı ki, komandadayam. Bu cür suallara necә cavab verim. Çox ağılsız sualdı".
Tәcrübәli mütәxәssis komandanın heyәti haqqında isә bunları deyib:  "Komandamız güclәnmәlidi. Biz hәm Avroliqada, hәm dә çempionatda mübarizә aparmalıyıq. Heyәtimiz hәlә tam komplektlәşmәyib. Biz güclәnmәliyik. Heyәtdәki futbolçular da qarşıdakı oyunlarda özlәrini daha yaxşı göstәrib. Mәn burda qalmalıyam demәlidirlәr".
Çalışdırıcı Rәşad Sadiqovun oyununda razı qaldığını da sözlәrinә әlavә edib: "Mәn bütün oyunçularımdan razıyam, elәcә dә Rәşad Sadiqovdan. O, bu gün qarşısına qoyulan bütün vәzifәlәri yerinә yetirdi".
 
Qriqorçuk komandasının qarşıdakı oyunlara köklənməsindən də danışıb: "Bizim 4 oyunumuz qalıb. Komandamız növbәti oyunlara mütlәq köklənməlidi. Kim oyunalara motivasiya olmayacaqsa, Allah onu cәzalandıracaq. Mәn dә cәzalandıracam. Biz işimizә peşәkar yanaşırıq".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp