Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasın 5-ci turunun oyunları ilə bağlı cəzaları açıqlanıb. 
 “Zirə” – “Rəvan” matçının 82-ci dəqiqəsində ev sahibi komandanıni futbolçusu Mbah Chimezie ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 200 manat cərimə olunub.
“Neftçi” – “Xəzər Lənkəran” matçının 56-cı dəqiqəsində qonaq komandanın futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, kluba isə 200 manat cərimə kəsilib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp