“Qəbələ” İdman Klubu və Türkiyənin “Sarar” şirkəti arasında geyim sponsorluğu müqaviləsi imzalanıb. Anlaşmaya əsasən, “Qəbələ”nin əsas komandasının futbolçu və adminstrativ heyəti 2 mövsüm – 2015/2016 və 2016/2017 mövsümlərində daxili və xarici səfərlər zamanı qonşu ölkənin istehsalı olan geyim dəstlərindən yararlanacaqlar.
 
“Qəbələ” İdman Klubu bu mövsüm imza atdığı uğurlarını marketinq sahəsində də davam etdirməkdədi. Müqaviləyə əsasən, geyimlər hər mövsüm yaz-yay və payız-qış olmaqla 2 dəst hazırlanacaq.
 
“Sarar” reklamları isə “Qəbələ”nin ev oyunlarının keçirildiyi meydançanın ətrafındakı reklam lövhələrində və oyunsonrası mətbuat konfranslarında arxa fon lövhəsində yerləşdiriləcək. Bundan başqa, “Qəbələ”nin rəsmi internet səhifəsində də “Sarar”ın virtual barneri yerləşdiriləcək. Klubun rəsmi facebook səhifəsində isə “Sarar”ın marketinq kampaniyaları vaxtı aktiv istifadə olunacaq.
 
Qeyd edək ki, 1944-cü ildən fəaliyyətə başlayan “Sarar” şirkəti keyfiyyətli, dəbdə və müxtəlif zövqlərə uyğun məhsulları ilə hazırda 5 qitədə və 51 ölkədə müştərilərinə xidmət göstərən qlobal brenddi. Bu şirkət hazırda futbol və basketbol milli komandalarının, “Beşiktaş” və “Trabzonspor”un sponsorudu. 1997-2013-cü illər arasında isə “Qalatasaray” və “Bursaspor” klubları da “Sarar”la əməkdaşlıq edib.  
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp