“Qalatasaray”ın əfsanəvi kapitanı, “Bakı”nın sabiq baş məşqçisi Bülent Korkmazın Türkiyə Superliqasında mübarizə aparan “Mersin İdman Yurdu” ilə anlaşdığından xəbərdarsınız. Onun köməkçisi qismində də Azərbaycana tanış məşqçi çalışacaq.
Bu, vaxtilə “Qarabağ”da aşağı yaş qrupları üzrə komandaların ümumi koordinatoru postunu tutmuş Sebaheddin Tekindi. Gənc məşqçi saytımıza açıqlamasında bildirib ki, artıq Bülent Korkmazla birgə fəaliyyətinə start verib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp