Topaz Premyer Liqasının VI turunda keçiriləcək “Qarabağ” – “Neftçi” görüşünün yeri və vaxtı müəyyənləşib. Son yoxlanışın ardından oyunun Suraxanı qəsəbə stadionunda keçirilməsinə qərar verilib. Qarşılaşma sabah saat 19:00-da  start götürəcək.
 
Xatırladaq ki, Respublika stadionunun təmirdə olması üzündən bu matçın "Dalğa Arena"da keçirilməsi planlaşdırılırdı. Çünki Suraxanıdakı arenada bir sıra problemlər qalmışdı. Xüsusilə arenanın generatorla təmin edilməsi vacib idi. Görünür ağdamlılar çatışmazlıqları yoluna qoyub və Peşəkr Futbol Liqası da oyunun Suraxanıda baş tutacağı ilə bağlı rəsmi saytında məlumat yerləşdirib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp