Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində keçirilən "Rəvan" – "Qəbələ" matçında qarşılaşmanın diktorunun da deyəsən boğazı quruyub. Futbolinfo.az xəbər verir ki, qonaqların vitse-kapitanı Aleksey Qay rəqib qapısının torunu sirkələdikdən sonra bu barədə rəsmi elan verilmədi.
 
Qeyd edək ki, bundan sonra hər iki komandanın heyətində edilən əvəzləmələr zamanı diktor mikrafonu yenidən işə saldı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp