Bolqarıstan milli komandasının baş məşqçisi İvaylo Petev Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan danışıb. Futbolinfo.az xəbər verir ki, yerli mətbuata açıqlama verən mütəxəssis gənc oyunçularla bağlı danışıb.
Petev həmçinin Azərbaycan və Xorvatiya milliləri ilə görüşlərdən maksimum xal toplamağı hədəflədiklərini bildirib: “Qarşımızdakı hər iki matçda yaxşı oyun göstərmək imkanımız var. Bundan öncəki iki matçı unutmuşuq. Düzdü, bizim üçün çox çətin oldu. Həm Norveçə, həm də İtaliyaya uduzmaq ağır idi. Lakin həmin komandalar da asan rəqiblər deyildi. Qarşıda oynayacağımız rəqiblər də asan deyil. Hələ ki həmin oyunlar üçün “11-lik”ləri müəyyənləşdirməmişəm. Amma gənclərə şans verməyə çalışacam. Gənclərə şans vermək lazımdı”.
Mütəxəssis növbəti iki oyunun gərgin olacağını bildirib: “Norveçlə oyun çox gərgin keçmişdi. Düşünürəm  ki, qarşıdakı 2 matç da gərgin olacaq. Xüsusilə, Azərbaycanla Sofiyada gərgin qarşılaşma olacaq. Xorvatiya və Azərbaycanla görüşlərdən maksimum xal gözləyirəm. Gənclərin öz potensialından istiadə edəcəyinə ümid edirəm". 
Petev komandasından razı qaldığını da sözlərinə əlavə edib: “Komandamdan razıyam. Yüksək gözləntilərim var. Xaricdə oynayan futbolçularımız var və onlar artırırlar. Bu futbolçulardan yaxşı oyun gözləyirəm. Bir də ümid edirəm ki, Azərbaycanla matçda azarkeşlər stadionu dolduracaqlar. Belə olsa, bizdə yüksək əhval-ruhiyyə olacaq. Qrupdan çıxmaq şansımız yoxdu. Buna görə də çox təəssüf edirəm”.
Qeyd edək ki, sözügedən görüş oktyabrın 13-də baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp