Mövsümün əvvəlindən abonement satışına start verən “Neftçi” 3 növ kartlarının satışını davam etdirir. Klubdan əldə etdiyimiz məlumata görə, bu günədək ümumilikdə 59 kart satılıb.
 
Dəyəri 19 manat 37 qəpik olan “Neftçi Kart”ın 49 ədədi sahiblərini tapıb. Dəyəri 193 manat 7 qəpik olan “Neftçi VİP”-ə isə hələ ki, cəmi 5 fanat yiyələnib. Klubun ən bahalı abonementi – “Neftçi Elit”ə gəlincə, qiyməyi 1937 AZN olan bu kartın da satış sayı 5-di.
 
“Neftçi”nin cari mövsüm abonement satışından əldə etdiyi ümumi gəlir 11602,63 AZN təşkil edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp