Almaniya Qərb Regional Liqasında 13-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Toğrul Eratın  şərəfini qoruduğu "Fortuna II" (Dusseldorf) də növbəti matçına çıxıb.
Adıçəkilən komanda səfərdə “Viktoriya 1904”lə üz-üzə gəlib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat isə matçı əvəz edilmədən keçirib.
Qeyd edək ki, “Fortuna II” 16 xalla 10-cu pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp