Dünən milli komandalar arasında bir neçə beynəlxalq yoldaşlıq görüşü keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı azarkeşlər üçün maraqlı ola biləcək matçlardan biri Estoniya və Gürcüstan arasında baş tutub.
Oyun Baltikyani ölkə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qarşılaşmada “Qəbələ”nin hücumçusu Sergey Zenyovun adı iştirak ərizəsinə salınsa da, baş məşqçi ona oynamaq şansı verməyib. Federasiya saytında Sergeyin zədəli olduğu qeyd olunur.
Gürcüstan yığmasının baş məşqçi Kaxaber Sxadadze isə “İnter”li Zurab Xizinaşvili və Nika Kvekveskirini milliyə dəvət etmədiyinə görə, adıçəkilən futbolçular qarşılaşmada iştirak etməyib. 
Qeyd edək ki, cari mövsümdən “qırımızı-qaralar”ın şərəfini qoruyan Zenyov millidə 48 oyun 9 qol vurub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp