Topaz Premyer Liqasının 13-cü turunda “Rəvan”ın qonağı olacaq “Zirə” hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin heyətində itkilər var.
Belə ki, yarımmüdafiəçi Dieqo Qusmao və hücumçu Meulens Rihario zədəlidi. Digər ön xətt futbolçusu Nicat Qurbanovun səhhətində isə problem var. Onların qarşıdakı turda meydana çıxmağsı sual altındadı.
Qeyd edək ki, “Rəvan” – “Zirə” qarşılaşması ayın 22-i, saat 20:00-da “Bayıl Arena”da start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp