Futzal üzrə Yüksək Liqada 6-cı turun oyunlarının keçirilmə tarixi dəyişdirilib.

Futbolinfo.az xəbər verir ki, noyabrın 8-də və 9-da Bakı İdman Sarayında dövlət əhəmiyyətli tədbir təşkil ediləcək. Buna görə də turun oyunları əvvəlcədən nəzərdə tutulduğu kimi noyabrın 8-də deyil, bir gün əvvəl – ayın 7-də keçiriləcək. 

Tura “Yasamal” – “FK İD Futsal” oyunu ilə start veriləcək və bu qarşılaşma CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. 

Turun oyun cədvəlinni diqqətinizə çatdırırıq:

14:30 “Yasamal” – “FK İD Futsal”
16:00 “Xəmsə” – EKOL
17:30 “Araz” – “Neftçi”

Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək oyunlara giriş pulsuzdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp